Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, bu gün gecə 01:00 radələrində İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub.
Son Yazılar:
- Xaricdə təhsil vədi verən şirkətlərlə bağlı MÜRACİƏT
- Sabahın havası – yağış, şimşək, güclü külək
- “Toplum TV” işi üzrə məhkəmə BAŞLADI
Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.