Əməkdar jurnalist Valeh Məhərrəmli vəfat edib.
Bu barədə Viral.az-a Mətbuat Şurasından bildirilib.
“Şuranın İdarə Heyətinin üzvləri “Səs” qəzetinin veteran yazarı Valeh Məhərrəmlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun doğmalarına və yaxınlarına, həmkarlarına dərin hüznlə başsağlığı verirlər”, – məlumatda bildirilir.
Son Yazılar:
- Ərdoğan ABŞ-yə GEDƏCƏK
- Aeroport şosesində yol qəzası sıxlığa səbəb OLDU
- Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat ETDİ
V.Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildə “Səs” qəzeti yarandığı gündən nəşrdə çalışıb, tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələr tutub. Onun çoxillik əməyi “Tərəqqi” medalına və Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!