Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 4-də Özbəkistan Respublikasına işgüzar səfərə gedib.
Viral.az xəbər verir ki, İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Milli Məclisin spikerini Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sadıq Safayev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova PAİ-nın 150-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü Konfransında və APA-nın Koordinasiya iclasında iştirak edəcək.
Son Yazılar:
- Bərdədəki gözəllik salonunda qadına hücumun YENİ GÖRÜNTÜLƏRİ
- “Audi” və “Porsche” 60 min avtomobilini geri ÇAĞIRIR
- Acqarına şəkərli çayın TƏHLÜKƏSİ
Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrinparlament sədrləri, nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin Özbəkistanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.