Türkiyənin şimal-qərbində silahlı insidentdə azı beş nəfər ölüb, bir o qədər də yaralanıb.
Viral.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
“Sakaryanın Serdivan rayonunda qonşu iki ailə arasında mübahisə yaranıb. Mübahisənin böyüməsi nəticəsində hər iki tərəf bir-birinə tapança ilə atəş açıb. Silahlı dava zamanı beş nəfər ölüb, beş nəfər yaralanıb”, – məlumatda bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Son Yazılar:
- ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da keçiriləcək
- Azərbaycanın daha üç yunan-Roma güləşçisi finala vəsiqə QAZANDI
- İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa ÇATDI
Faktla bağlı dörd nəfər saxlanılıb. Dörd tapança maddi sübut kimi götürülüb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.