ABŞ-nin mərkəzində daşqınlar nəticəsində 16 nəfər ölüb.
Viral.az xəbər verir ki, bu barədə CNN fövqəladə xidmətlər və Milli Meteoroloji Xidmətə istinadla məlumat yayıb.
Fırtına Proqnoz Mərkəzinin məlumatına görə, Ohayo vadisindən Texasın cənub-şərqinə qədər 41 milyon insan risk altındadır. Arkanzas, Missuri, Tennessi və Missisipi ştatlarında daşqınla bağlı ən yüksək, 4-cü səviyyəli xəbərdarlıq edilib.
Son Yazılar:
- Azərbaycanda federasiya prezidenti vəfat ETDİ
- Vüqar Əhmədov Neftçalada qəbul KEÇİRƏCƏK
- Azərbaycanda vəzifəli şəxs işdə ÖLDÜ
Yağış təcili evakuasiyalara və yolların bağlanmasına səbəb olub. Təkcə şənbə günü 6 mindən çox uçuş gecikməsi və elektrik enerjisinin kəsilməsi qeydə alınıb.