Hakimiyyət baş nazir Nikol Paşinyanın təhlükəsizliyini gücləndirməyə davam edir.
Viral.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Qeyd edilib ki, baş nazirin ofisi yeni mühafizə sistemi – binanın daxilində quraşdırılmalı olan videoçəkiliş sistemi alıb.
Bu sistem üçün dövlət büdcəsindən 6 milyon 366 min dram ayrılıb. Texniki göstəricilərinə görə, sistem təkcə təsviri deyil, səsi də qeydə alır.
Son Yazılar:
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
- Sertifikasiyadan ən çox onlar uğur QAZANDI
Xatırladaq ki, İrəvanda vəziyyət gərgin olaraq alır. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi etirazçılar dünən gecə polislə toqquşmaya gediblər. Nəticədə 100-ə yaxın etirazçı saxlanılıb, xeyli yaralanan var.
Müxaliflər bu gün də etiraz aksiyalarına çıxıblar. Onlar baş nazirin istefa verməsini tələb edirlər.