Rusiyalı filosof və politoloq Aleksandr Duqin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankaranın BRİKS-ə qoşulmaq istəməsi ilə bağlı açıqlamasına toxunub.
Qeyd edək ki, BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının adlarının abbreviaturasıdır. Adıçəkilən ölkələr həmin təşkilatın üzvüdür və hər il sammit keçirirlər.
Viral.az xəbər verir ki, Duqinin fikrincə, Hakan Fidanın açıqlaması Ankara üçün “tarixi və əslində dönüş nöqtəsidir”.
Son Yazılar:
- “Anamın borcunu ödəmək üçün çılpaq şəkillər çəkdirib, satdım” – SƏMRA
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
“Türkiyə bu oriyentasiya ilə müstəqilliyini möhkəmləndirəcək. Türkiyə bütün çətinliklərə baxmayaraq, müxtəlif qütblər arasında tarazlığı qorumağı bacardı. Ancaq eyni adam eyni anda iki stulda otura bilməz. Türkiyənin tarazlıq siyasəti belə davam edə bilməz. Türkiyə seçkilərin kəsişməsinə yaxınlaşır”, – deyə o bildirib.
Duqinin sözlərinə görə, Türkiyə BRİKS-ə üzv olarsa, bu vəziyyət son nəticədə Türkiyənin NATO-dan çıxmasına gətirib çıxaracaq.