Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda keçirilən BRICS Oyunlarının açılışında Gürcüstan bayrağı da peyda olub.
Viral.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.
Son Yazılar:
- Millət vəkili vəfat etdi – FOTO
- Taksi sürücüsü qonağı hava limanından 139 manata gətirdi: DİN işə qarışdı
- Hava yenidən soyuyacaq – Qar yağacaq, temperatur 6 dərəcə enəcək
Müsabiqənin saytında Gürcüstan iştirakçı ölkələr sırasında yer alıb. Ayrı-ayrılıqda Rusiyanın müstəqil dövlət kimi tanıdığı iki işğal olunmuş separatçı region – Abxaziya və Cənubi Osetiya da iştirakçılar arasında var və açılışda bayraqları dalğalandırılıb.
Təşkilatçıların sözlərinə görə, Gürcüstan Oyunlarda bir idman növü – sambo üzrə iki idmançı ilə təmsil olunur: Nino Odzelaşvili və Yelena Kebadze.
Lakin bu məlumatı Gürcüstan Sambo Federasiyası qəti şəkildə təkzib edib.
“Hər iki idmançı Gürcüstandadır və heç yerə səfər etməyib. Heç bir normal gürcü bunu etməzdi, xüsusən də bizim idmançılar”, – Gürcüstan Sambo Federasiyası jurnalistlərə bildirib.