Tiflis “Avropa İdman Şəhəri 2025” statusu alıb

Gürcüstanın paytaxtı Tiflis “Avropa İdman Şəhəri 2025” statusu alıb.

 

Viral.az xəbər verir ki, Tiflis meriyası bu status üçün hələ 2023-cü ildə müraciət etmişdi.

Son Yazılar:

 

İyunun 10-da Avropa Paytaxtları və Şəhərləri İdman Federasiyasının xüsusi komissiyası Gürcüstan paytaxtında olub. Komissiya üzvləri paytaxtın idman infrastrukturuna baxış keçirib, bələdiyyənin idman siyasəti, eləcə də cari proqram və layihələrlə yaxından tanış olublar.

 

“Gələn il təşkilatla birlikdə biz bir çox birgə tədbirlər planlaşdırırıq və Tiflisin Avropa şəhərləri ilə daha fəal tərəfdaşlıq etməsini istəyirik”, – deyə paytaxt merinin müavini Andria Basilaya bildirib.