Babək RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edən Naxçıvan şəhər sakini Cabbarlı Əliəsgər saxlanılıb.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Viral.az-a verilən məlumata görə, Naxçıvan şəhər Əliabad qəsəbəsində həmin şəxsə məxsus anbara baxış zamanı külli miqdarda istifadə müddəti bitmiş, saxta yolla istifadə müddəti uzadılmış və satılması nəzərdə tutulan müxtəlif çeşidli kolbasa sosiska aşkar olunaraq götürülüb.
Son Yazılar:
- Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü
- Baş nazir bu qərarı ləğv ETDİ
- Sertifikasiyadan ən çox onlar uğur QAZANDI
Ekspertizanın rəyi ilə satılan kolbasa və sosiska məmulatlarının istifadəyə tam yararsız, eləcə də insan sağlamlığına təhlükə yarada bilən ərzaq məhsulları olduğu müəyyən edilib.
Toplanmış materiala hüquqi qiymət verilməsi üçün Babək RPİ-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.