ABŞ dövlət katibinin birinci müavini Riçard Verma iyunun 17-19-da Ermənistana səfər edəcək, burada Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirəcək.
Viral.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, idarəetmə və resurslar məsələlərinə nəzarət edən Verma İrəvanda Kaliforniya, Kanzas, Miçiqan, Montana və Pensilvaniya ştatlarını təmsil edən Amerika rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək, o, dövlət və özəl sektor nümayəndələri ilə, eləcə də Ermənistandakı ictimai təşkilatlarla görüşlər keçirəcək. “Bu səfər bizim erməni xalqı ilə ikitərəfli əlaqələri daha da gücləndirmək niyyətimizi əks etdirir”, – ABŞ Dövlət Departamneti bildirib.
Son Yazılar:
- Prezidentdən elektrik enerjisi və su təchizatı ilə bağlı
- Qəzzada ölənlərin sayı 44 mini ÖTDÜ
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
Xatırladaq ki, iyunun 11-də İrəvanda ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen və Mirzoyanın iştirak etdiyi ABŞ-Ermənistan strateji dialoqunun raundu keçirilib. Görüşdən sonra verilən birgə bəyanatda qeyd olunub ki, Ermənistan və ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək, xüsusən də Vaşinqton Ermənistanın hərbi sektorunda və hüquq-mühafizə sistemində islahatları dəstəkləyəcək. Sənəddə qeyd olunur ki, tərəflər bütün sahələrdə əməkdaşlığı gücləndirməyə və onun statusunu strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə sadiq olduqlarını bildiriblər. ABŞ enerji sektoru ilə bağlı məsələlərdə də Ermənistana dəstək vermək niyyətindədir.
(redaktor.az)