Blinkenin daha bir müavini Ermənistana gəlir

ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə baş müavini Riçard Verma iyunun 17-də Ermənistana səfər edəcək.

 

Viral.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Son Yazılar:

 

O, Ermənistan-ABŞ forumunda iştirak edəcək, həmçinin baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

 

Qeyd edək ki, bundan əvvəl dövlət katibi Entoni Blenkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms OBrayen Ermənistanda səfərdə olub.