ABŞ Prezidenti Co Bayden silah pozuntusunda günahkar bilinən oğlu Hunteri əfv etmək niyyətində deyil.
Viral.az TASS-a istinadla xəbər verir ki, ABŞ lideri bu barədə İtaliyanın cənubundakı Apuliya bölgəsində “Yeddilik Qrupu”nun sammiti çərçivəsində ikitərəfli görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
“Münsiflər heyətinin qərarını qəbul edirəm və onu əfv etmək fikrində deyiləm”, – Bayden bildirib.
Son Yazılar:
- Qəzzada ölənlərin sayı 44 mini ÖTDÜ
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki…
ABŞ prezidenti oğlu ilə fəxr etdiyini əlavə edib. “Oğlum Hunterlə çox fəxr edirəm. O, aludəçiliyə qalib gəlib və tanıdığım ən ağıllı və layiqli insanlardan biridir”, – o əlavə edib.
Xatırladaq ki, iyunun 11-də münsiflər heyəti Hunter Baydenin silah saxlamasında pozuntular işi üzrə təqsirli hökmünü geri qaytarıb. O, ABŞ Ədliyyə Nazirliyi tərəfindən irəli sürülən hər üç maddə üzrə təqsirli bilinib. Bu iki cinayət onun 2018-ci ildə “Colt Cobra” revolverini alarkən narkotik qəbul etmədiyi barədə yazılı şəkildə yalan söyləməsindən irəli gəlirdi. Üçüncüsü, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur. Hunter Bayden 25 ilə qədər həbs oluna bilər.
(redaktor.az)