Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Viral.az DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə həmin şəxs – 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb.
Son Yazılar:
- Prezident onları yüksək vəzifəyə təyin etdi
- Zaur Mikayılova yeni müavinlər təyin olundu
- Millət vəkili vəfat etdi – FOTO
Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.