Nazir Razi Nurullayevə cavab verdi: “Əsassız fikirlər səsləndirməyin”

“Milli Məclis tərəfindən bizim nazirliyə təqdim olunan məktubların hər biri cavablandırılır. Bildirim ki, burada çıxışı zamanı deputat Razi Nurullayev nazirliyə ünvanlananan məktubların cavablandırılmadığını bildirdi, bu, belə deyil”.
 
Viral.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. 

“Razi bəyin ünvanlandığı məktubların hamısı cavablandırılıb. Ötən il Razi Nurullayev tərəfindən 80-dən yuxarı, bu il isə 31 məktub nazirliyə ünvanlanıb, hamısı da cavablanıdırılıb. Ona görə də xaiş edirəm ki, əsassız fikirlər burada başqa cür səsləndirilməsin”, – deyə o bildirib.

Qeyd edək ki, iclas zamanı deputat Razi Nurullayev nazirlik tərəfindən onun məktublarının cavablandırılmadığını bildirmişdi.

Son Yazılar: