Bu gün Avropa çempionatında daha üç matç keçiriləcək.
Viral.az xəbər verir ki, qarşılaşmalar A və B qruplarında olacaq.
Son Yazılar:
- Dünyanın ən uzun dilli qadını – dilinə doladığı qaşığı qaldıra bilir
- Mirziyoyev İlham Əliyevə zəng ETDİ
- Gəncədə siqaret üstündə dava – bir nəfər BIÇAQLANDI
A qrupunda Macarıstan və İsveçrə komandaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya – Xorvatiya və İtaliya – Albaniya matçları oynanılacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, turnirin açılış oyununda ötən gün Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.