*Qarabağda mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırıq”

Şuşa Azərbaycanın tarixi ədaləti bərpa etdiyini, Qarabağ ərazisini qaytardığını təsdiq edən müqəddəs məkandır. Bu, Özbəkistanın dostu Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Bu arzu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilib.

 

Viral.az xəbər verir ki, bu fikirləri Özbəkistanın Sahibkarlar və İş Adamları Hərəkatı – Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfransda səsləndirib.

Son Yazılar:

 

Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı tərəfdaşı kimi dəyərləndirən qonaq vurğulayıb ki, ölkələrimiz ortaq dilə, adət-ənənələrə malik dost ölkələrdir.

 

Hər iki ölkənin dövlət başçılarının dostluq və etimada əsaslanan münasibətləri əməkdaşlığımızın genişlənməsinə töhfə verdiyini vurğulayan qonaq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması, ölkənin suverenliyi, siyasi, iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi diqqətdə saxlanılır, həmçinin beynəlxalq nüfuzu gücləndirilir. Biz isə qardaş və yaxın dost olaraq Azərbaycan xalqının bu nailiyyətlərinə ürəkdən sevinirik.

 

“Dövlətimizin başçısı dəfələrlə bildirib ki, Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır. Belə ki, ötən il Füzulidə Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına 1 nömrəli məktəbin açılış mərasimində iştirak edib. Əminik ki, məktəb səmimi dostluğun simvoluna çevrilib”, – deyə o vurğulayıb.