Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarıldı

Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

 

Viral.az xəbər verir ki, bu barədə “Report”a nazirlikdən məlumat veriblər.

Son Yazılar:

 

Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib:

“Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb”.

 

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.