Gəncə Dövlət Universitetində (GDU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Son Yazılar:
- “Anamın borcunu ödəmək üçün çılpaq şəkillər çəkdirib, satdım” – SƏMRA
- Dələduzluğa görə axtarışda olan 15 nəfər SAXLANILDI
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir: Bakıya GƏTİRİLDİ
Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və Ümummilli Lider Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, 1993-cü ildə Azərbaycan yalnız siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhran içərisində idi. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə respublikanın ən çətin vaxtında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Ümummilli Lider zəngin dövlətçilik təcrübəsi, siyasi qətiyyəti və sonsuz Vətən sevgisi sayəsində daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə aldı, ölkəmizi parçalanmaq, qardaş qırğını təhlükəsindən xilas etdi, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.
Prorektor onu da bildirib ki, 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Ulu Öndərin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirir. Azərbaycan azad, müstəqil, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş, beynəlxalq miqyasda nüfuzu artan qüdrətli ölkədir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı Milli Qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində Qarabağın işğaldan azad olunması ilə özünün zirvəsinə çatdı. Bu gün Üçrəngli bayrağımız bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır.
Tədbirdə Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Heydər Əliyevin milli dövlət quruculuğu siyasəti”, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Aygün Yusubovanın “Zəfər tariximizin başlanğıcı: 15 İyun”, Azərbaycan tarixi kafedrasının müəllimi Fərid Vəliyevin “Azərbaycanın taleyini dəyişən Zəfər” mövzularında məruzələri dinlənilib.