Türkiyədə beş nəfəri öldürən Suriya vətəndaşı intihar edib.
Viral.az “Haber Global”a istinadən xəbər verir ki, hadisələr Qaziantepin Şahinbəy rayonunun Üçoklar, Barak və Vətən məhəllələrində baş verib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
İddiaya görə, psixoloji problemləri olan H. Mustafa adlı Suriya vətəndaşı əvvəlcə bərbərxanada bir nəfəri, sonra isə evdə dörd nəfəri tapança ilə güllələyərək öldürüb.
İki nəfəri yaralayan cinayətkar hadisə yerindən qaçıb. Polis tərəfindən təqib edilən H. Mustafa baş nahiyəsinə atəş açaraq intihar edib.