Mehriban Əliyevadan Qurban Bayramı paylaşımı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Qurban bayramı münasibətilə paylaşım edib.

 

Viral.az paylaşımı təqdim edir:

Son Yazılar:

 

“Əziz həmvətənlər!

Sizi və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edirəm! Allah etdiyiniz duaları, kəsdiyiniz qurbanları qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik gətirsin!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.