Müğənni Afət Fərmanqızının saxlanılması barədə məlumat yayılıb. Qeyd edilib ki, Xalq artisti Flora Kərimova ilə məhkəmə çəkişməsində olan Fərmanqızı bu gün Moskvadan Bakıya qayıdarkən hava limanında saxlanılaraq məhkəməyə aparılıb.
Viral.az-ın məlumatına görə, A.Fərmanqızı “qafqazinfo”ya açıqlamasında sözügedən məlumatın həqiqətə uyğun olmadığını deyib. O, barəsində həbslə bağlı olmayan axtarış qərarının olduğunu söyləyib:
“İnam Kərimov Məhkəmə Hüquq Şurasının sədri təyin edildikdən sonra bu sahədə böyük dəyişikliklər var. Bu da mənim ümidimi artırdı və İ.Kərimova müraciət edərək mənim barəmdəki işin nəzarətə götürülməsini xahiş etdim. Bundan sonra təyyarə ilə Bakıya gəldim və burada vəkilim polis idarəsinə getməyimizin vacib olduğunu, barəmdə axtarış qərarının olduğunu dedi. Bununla bağlı olaraq Binəqədi Rayon Polis İdarəsinə getdik və orada ölkəyə qayıtmağımla bağlı izahat verdim. Ölkədə oduğumu, istintaqdan yayınmadığımı bildirdim. Hamilə olduğuma görə xeyli vaxtdır qayıda bilmədiyimi qeyd etdim. İzahatımın alınmasından sonra məlumatlar məhkəməyə göndərildi. Məhkəmə prosesi yaxın vaxtlarda qaldığı yerdən davam edəcək”.
Son Yazılar:
- Bu tarixdən minimum əmək haqları və pensiyalar ARTIRILACAQ
- Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
- Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi BAŞLADI
Qeyd edək ki, Afət Fərmanqızı ölkədə olmadığına görə onun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yarımçıq saxlanılmışdı.