Qazaxıstan sülh sammitində niyə iştirak etmədi…

Qazaxıstan İsveçrədə təşkil olunan Ukrayna üzrə sammitdə beynəlxalq tədbirlərin qrafikinə görə iştirak etməyib.

 

Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib. O əlavə edib ki, qeyd olunan tədbirə nümayəndə heyəti göndərilməyəcəyi barədə əvvəlcədən məlumat verilib.

Son Yazılar:

 

Qeyd edək ki, İsveçrənin Bürgenstok şəhərində iyunun 15-16-da keçirilmiş sammitdə 90-dan çox ölkənin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.

 

Konfrans 80 ölkə və 4 beynəlxalq qurumun nümayəndələrinin imzaladığı yekun kommünikenin təsdiqi ilə yekunlaşıb.