Yay aylarında havanın temperaturu 30 dərəcədən yuxarı olanda orqanizm tər və nəfəs vasitəsilə çoxlu miqdarda qiymətli mikroelementlər itirir. Belə günlərdə itirilən mikroelementləri bərpa etmək üçün duzlu su içmək məsləhət görülür.
Viral.az medicina-ya istinadən xəbər verir ki, “Rospotrebnadzor” (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri belə tövsiyə ilə çıxış ediblər.
Mütəxəssislərin sözlərinə görə, isti havada və orta fiziki yük zamanı hər saat yarım litr, yəni təxminən hər 20 dəqiqədən bir fincanla su içmək lazımdır. Bu, mineral qələvi su, süd məhsulları (az yağlı süd, süd zərdabı), şirələr, vitaminli içkilər və oksigen-zülal kokteylləri ola bilər. İçkilərin tövsiyə olunan temperaturu isə +10-15 dərəcədir.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Həkimlər isti havalarda susuzluğu həmçinin soyuducudan çıxan qazlı su ilə yatırtmağı da məsləhət görürlər. Bildirilir ki, qazlı suyun köpükləri hesabına doyma hissi daha tez yaranır.
Lakin hipertoniyadan əziyyət çəkənlər duzlu mineral suyu ehtiyatla içməlidirlər, çünki duz orqanizmdə suyu saxlayır və ödemlərə səbəb ola bilər.
Susuzluğu yaxşı aradan qaldıran içkilərdən biri də turş məkkəgülü (karkade) çayıdır.
Diyetoloqlar, həmçinin suya limon, portağal, xiyar dilimləri, nanə və ya kəklikotu yarpaqları əlavə etməklə sərinləşdirici içkilər hazırlamağı məsləhət görürlər.