İnsan qidasının ayrılmaz parçası və vitamin mənbəyi olan ət xarab olmasın deyə dondurucuda saxlanmalıdır. Ətin xarab olmaması və bakteriya toplamaması üçün onu qorumaq çox vacibdir.
Viral.az lent.az-a istinadən xəbər verir ki, insanların çoxu əti dondurduqdan sonra onu əridərkən bir sıra səhvlərə yol verir ki, bu da ətin bakteriya toplaması riskini özü ilə gətirir.
Ətin bişənə qədər düzgün qaydada saxlanılması insan sağlamlığı üçün vacibdir. Əti dondurduqdan sonra onu qaydalara uyğun olaraq əritmək isə qida dəyərini qoruyub saxlamasına səbəb olur.Mütəxəssislərin fikrincə, əti çöldə deyil, soyuducuda (soyuducunun alt gözü) əritmək lazımdır. Bu üsul olmağına daha uzun, lakin daha sağlam bir üsuldur.
Son Yazılar:
- Ata öldü, qızı və nəvələri YARALANDI
- Azərbaycanlı müğənni toy günü 6 saat liftdə qaldı
- “Kilolu olanda mənə “inək” yazanlar indi…”
Bu zaman ət maksimum 12 saat ərzində əriyir. Əridikdən sonra isə o soyuducuda maksimum bir gün saxlanıla bilər. Çox gözləmədən istehlak edilməlidir.
İnsanların ən böyük yanlışlarından biri də ərimiş əti yenidən dondurmaqdır ki, bu zaman da ət öz keyfiyyətinin demək olar ki, çox hissəsini itirir.
Əgər əti təcili bişirmək lazımdırsa, ən asan üsul böyük bir qabı su ilə doldurmaq, ətin su ilə təmasının qarşısını almaq üçün torbadan çıxarılmadan suda saxlamaqdır. Su soyuduqca dəyişsəniz, ərimə prosesini sürətləndirmiş olarsınız. Bu üsulla ətiniz 1-2 saat ərzində əriyəcək.
Əti əritməyin digər bir üsulu da daha tez bir üsul olan mikrodalğalı sobada əritməkdir. Mikrodalğalı sobada əritdiyiniz əti qısa müddətdə istehlak etməyə çalışın.
Dondurulmuş ətin əriməsi üçün bir müddət otaq temperaturunda saxlamaq olduqca yanlışdır. Əti otaq temperaturunda əriməyə qoyduğumuz zaman onun üzərində çoxlu bakteriya hopa bilər.
İşi sürətləndirmək üçün ətin üzərinə bir az sirkə tökə bilərsiniz. Sirkə, tərkibindəki turşularla bakteriyaların əmələ gəlməsinin qarşısını ala bilər, həm də buzların əriməsində kömək edər