COP29 komandası ümid edir ki, Bakıda keçiriləcək konfrans iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcək.
Viral.az xəbər verir ki, bu sözləri COP29 Təşkilat Komitəsi Katibliyinin rəhbəri, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Həbib Mikayıllı iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda panel müzakirələri zamanı deyib.
Son Yazılar:
- Qəzzada ölənlərin sayı 44 mini ÖTDÜ
- Yüksək vəzifəyə təyin edilən Xəyyam Məmmədov kimdir?
- Yaşlı qadın küçədə Zaura elə söz dedi ki…
O qeyd edib ki, COP29-un əsas mövzusu maliyyə məsələləridir. “Maliyyələşdirmə olmadan iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil. Bu altı ay ərzində bizim COP29 komandamız müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr apararaq onların fikirlərini dinləmək, prioritetlərini, mövqelərini anlamaq üçün dünyanın müxtəlif yerlərinə səfərlər edib və bu səfərlər çox uğurlu olub”, – deyə Prezident Administrasiyasının rəsmisi bildirib