Minik maşını traktorla TOQQUŞDU, 2 bacı YARALANDI

Tovuzda minik maşını traktorla toqquşub.

Viral.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ- 21011 markalı avtomobil Belarus markalı traktoru ötmə əməliyyatını yerinə yetirərkən idarə etməni itirib. Nəticədə nəqliyyat yol kənarındakı işıq dirəyinə çırpılıb. VAZ -21011-də olan sərnişinlər, Hunanlar kənd sakinləri 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alaraq Tovuz  Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)