Kürdəmir sakini güllələndi

Kürdəmirdə silahlı insident olub.

 

Viral.az xəbər verir ki, hadisə gecə saatlarında rayonunun Carlı kəndində baş verib. Kənd sakini, 1988-ci il təvəllüdlü Xalid Ələkbər oğlu Abdullayevlə, həmyerlisi, 1986-cı il təvəllüdlü Rüstəm Çingiz oğlu Məmmədovla aralarında mübahisə yaranıb. X. Abdullayev ov tüfəngi ilə R. Məmmədovu güllələyib.

Son Yazılar:

 

Zərərçəkən ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Fakt araşdırılır.