Bakı Təşəbbüs Qrupu (BTQ) davamlı olaraq müstəmləkəçiliyə məruz qalmış regionlarda real vəziyyəti dünya ictimaiyyəti qarşısında qaldırır.
Viral.az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans iştirakçılarına videomüraciətində səsləndirib.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Onun sözlərinə görə, BTQ bərabərliyin və ədalətin əsas dəyərlərini qorumaq üçün fəaliyyətini davam etdirəcək. “Biz inanırıq ki, insan haqlarının təbliği və müdafiəsi vasitəsilə müstəmləkəçiliyin aradan qaldırılmasına vacib töhfə verəcəyik. Bu baxımdan Bakı Təşəbbüs Qrupu bir sıra beynəlxalq tədbirlər keçirib və kolonializmin siyasi, iqtisadi və mədəni nəticələrinə, müstəmləkə ölkələrində insan haqlarının pozulmasına dair müzakirələr təşkil edib”,- deyə Abbas Abbasov bildirib.
BTQ-nin icraçı direktoru qeyd edib ki, Fransanın nəzarəti altında olan xalqların öz müqəddəratını təyinetmə hüquqlarını görməzdən gələn müstəmləkə doktrinasına uyğun olaraq hakimiyyətin davamlı səyləri nəticəsində kanaki xalqı çətin vəziyyət yaşayır: “Fransanın son günlər Yeni Kaledoniyada fundamental insan hüquqlarını pozması göstərir ki, Fransa hökuməti BMT Baş Assambleyasının dənizaşırı ərazilərin dekolonizasiyasına dair qətnamələrinə əməl etmək niyyətində deyil. Biz kanak xalqı ilə tam həmrəyliyimizi ifadə edirik”.
Abbas Abbasov əlavə edib ki, kanak və digər müstəmləkə xalqlarını müstəqillik mübarizəsini dəstəkləmək beynəlxalq hüququn verdiyi öhdəlikdir və Bakı Təşəbbüs Qrupu müstəmləkə regionlarının azadlıq uğrunda ədalətli mübarizəsini dəstəkləməyə davam edəcək.