İsrailin Baş naziri Benyamin Netanyahu yəhudi dövlətinin ABŞ-dən lazımi hərbi yardım almağa davam etdiyi müddətcə şəxsi hücumlara dözməyə hazır olduğunu bildirib.
Viral.az xəbər verir ki, bu barədə o özünün “Telegram” kanalında yazıb.
“Mən şəxsi hücumlara dözməyə hazıram, bir şərtlə ki, İsrail varlığı üçün müharibədə ehtiyac duyduğu sursatı ABŞ-dan alsın”, – deyə Netanyahu bildirib.
Son Yazılar:
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
- Ümummilli Lider Heydər Əliyevin ANIM GÜNÜDÜR
- “Nüvə beşliyi” dövlətlərinin görüşü KEÇİRİLDİ
Xatırladaq ki, iyunun 19-da Netanyahunun Amerika silahlarının tədarükündə gecikmələrdən şikayətlənən videomüraciətdən sonra Ağ Evin ABŞ və İsrail arasında yüksək səviyyəli görüşü ləğv etdiyi məlum olub.
Amerika mənbələri “Axios”a bildiriblər ki, ABŞ Prezidenti Co Bayden administrasiyası İsrailə hərbi dəstək məsələsində Netanyahunun “nankorluğundan” narazıdır.
Mətndən belə məlum olur ki, Baydenin müşaviri Amos Hokşteyn İsrailin Baş naziri ilə şəxsən görüşüb, ABŞ-yə qarşı yazılan videomüraciətin və oxşar ittihamların qəbuledilməz olduğunu bəyan edib.
(redaktor.az)