Ukraynadakı münaqişənin başa çatması Tbilisi ilə ABŞ və Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşmasına töhfə verəcək.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Əminəm ki, regional və qlobal vəziyyət sağlamlaşdıqca, bu, Gürcüstan və Avropa İttifaqı, Gürcüstan və ABŞ arasında münasibətlərin yaxşılaşmasına birbaşa təsir edəcək”, – o deyib.
Son Yazılar:
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
Gürcüstanın Baş naziri Ukraynadakı münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, Ukraynaya sülh lazımdır və bu, Tbilisi ilə Aİ və ABŞ arasında münasibətlərin yaxşılaşmasına töhfə verəcək amillərdən biri olacaq.
Xatırladaq ki, bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze demişdi ki, 2014-cü ildə Ukraynada “Maydan” adlanan çevriliş ölkəni məhv edib. Kobaxidze vurğulayıb ki, Gürcüstan hakimiyyəti ölkədə “Maydan” və “Ukraynalaşma”nın qarşısını almaq üçün hər şeyi edəcək.
(redaktor.az)