Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi beş sahəni əhatə edəcək. Xüsusilə, Rusiya müdafiə sənayesinə aiddir.
Viral.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrell özünün “X” hesabında məlumat verib.
O xatırladıb ki, Aİ səfirləri Rusiyanın hərbi səylərinə qarşı güclü tədbirlər kompleksi olan Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Son Yazılar:
- Birinci vitse-prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
- Ümummilli liderin anım günüdür
- Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ
Borrelin sözlərinə görə, sanksiyalar Rusiyanın hərbi-sənaye müdafiə kompleksinə, maliyyə xidmətlərinə, enerji sektoruna, sanksiyalardan yan keçənlərə, müharibə cinayətləri, o cümlədən ukraynalı uşaqların deportasiyasında iştirak edən şəxslərə qarşıdır.
“Bu sanksiyalar Putin hökumətinin (Rusiya Prezidenti Vladimir Putin – red.) aqressiv müharibə aparmasını çətinləşdirməyə yönəlib. Aİ Ukraynanı dəstəkləməyə sadiq qalır”, – Aİ diplomatiyasının rəhbəri əlavə edib.
Xatırladaq ki, bu gün, iyunun 20-də Aİ-nin 14-cü anti-Rusiya sanksiyalar paketini razılaşdırdığı məlum olub.
Niderlandın xarici işlər naziri Hanke Bruins Slotun dediyi kimi, paket qüvvəyə mindikdən sonra Rusiyanın “kölgə donanması”nın Avropa limanlarına çıxışı qadağan ediləcək.
Eyni zamanda, “Reuters” sanksiyaların Rusiyanın mayeləşdirilmiş təbii qazının təkrar ixracını qadağan edəcəyini yazıb.
(redaktor.az)