Ukraynada nazir oğlu müharibəyə könüllü gedib

Ukraynanın daxili işlər naziri İqor Klimenkonun 27 yaşlı oğlu könüllü olaraq Silahlı Qüvvələrin sıralarına səfərbər olub.

Viral.az xəbər verir ki, bu barədə nazir “Azadlıq” radiosuna müsahibəsində bildirib.

“Oğlum, fevralda 27 yaşı tamam olanda çağırış olmadan könüllü səfərbər oldu”, – Klimenko deyib.

Son Yazılar:

Onun sözlərinə görə, bu, səfərbərlik haqqında yeni qanunun qəbulundan əvvəl baş verib.

“Hələ tibbi seçim qaydalarına hansı dəyişikliklərin ediləcəyini bilmirdik. Düzünü desəm, buna hazırlaşırdı, bu azad həyatdan indi düşdüyü həyata keçmək onun üçün az-çox çətin idi”, – nazir əlavə edib.

Xatırladaq ki, mayın 18-də Ukraynada səfərbərlik haqqında yeni qanun qüvvəyə minib. Xüsusilə, sənəd hərbi xidmət keçməli olan ukraynalıları 60 gün ərzində məlumatlarını yeniləməyi öhdəsinə götürüb.

Prezident Volodimir Zelenskinin sözlərinə görə, qanun qüvvəyə mindikdən sonra Ukraynada səfərbərlik artıb.

(redaktor.az)