ABŞ və Çin Şanxayda nüvə silahı ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr aparıb.
Viral.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məsləhətləşmələr son beş ildə ilk dəfə mart ayında baş tutub.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Məlumata görə, bu təmasları Havaydakı Sakit Okean Forumunun analitik mərkəzinin prezidenti David Santoro təşkil edib. Görüşdə ABŞ tərəfdən bir neçə keçmiş məmur və tədqiqatçı, Çin tərəfdən isə alim və analitiklər, o cümlədən istefada olan hərbçilər iştirak ediblər.
Agentliyin qeyd etdiyi kimi, məsləhətləşmələrdə Çin nümayəndə heyəti əmin edib ki, Tayvanla bağlı münaqişə yaranarsa, nüvə silahından istifadə ilə bağlı hədələrə əl atmayacaq.
Dövlət Departamentinin sözçüsü agentliyə bildirib ki, bununla bağlı məlumatlı olsalar da, məsləhətləşmələrdə iştirak etməyiblər.