Ukrayna prezidenti Volodimir Zelenski asılı fiqurdur.
Viral.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Son Yazılar:
- Bağçada azyaşlıya qarşı zorakılıq: Müəllim uşağın saçını yolub, döydü – VİDEO
- Azərbaycanda bir ailənin qətliamına görə ömürlük həbs VERİLDİ
- Ata boşanmaq istəyən qızını 7 gün zirzəmidə saxlayıbmış
O qeyd edib ki, Qərb ölkələrinin hakimiyyət orqanları bütün qeyri-populyar qərarları onun üzərinə “atacaq” və 2025-ci ilin birinci yarısında Zelenskini “dəyişdirəcək”.
Vladimir Putin iddia edir ki, Ukrayna hakimiyyəti münaqişənin davam etdirilməsinin tərəfdarıdır, çünki prezident seçkiləri keçirmək istəmirlər.
“Qərbdə sadəcə olaraq onu (Volodimir Zelenski – red. ) dəyişmək istəmirlər , vaxt çatmayıb. Mənə elə gəlir ki, bu, hər kəsə aydındır. Bütün qeyri-populyar qərarlar, o cümlədən hərbi xidmətə çağırış yaşının aşağı salınması onun üzərinə atılacaq, vəssalam. Və sonra onu dəyişdirəcəklər. Düşünürəm ki, bu, gələn ilin birinci yarısında olacaq”, – Rusiya prezidenti rəsmi səfəri çərçivəsində Vyetnamın paytaxtı Hanoyda keçirdiyi mətbuat konfransında bildirib.