Azərbaycanda son zənglə bağlı neqativ hallar aşkar edilib.
Viral.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.
Son Yazılar:
- Azərbaycanda ən çox sürülən Çin maşınları
- Külli miqdarda borcu olan məşhur klinikanın sahibi DƏYİŞDİ
- UEFA “Çelsi”ni cərimələyə BİLƏR
O qeyd edib ki, son zəng tədbirlərindən sonra edilən bütün müraciətlər emal olunub.
“Bəzi rayon və şəhər məktəblərindən mürüciətlər daxil olub. Aidiyyəti şəxlərlə bağlı ölçü götürüləcək. Çünki məktəblərə öncədən tədbirin həm inzibati, həm də bədii hissəsi ilə bağlı təlimatlar verilmişdi. Təəssüf ki, bəzi hallarda bu tələblər pozulub ” – deyə Eşqi Bağırov deyib.
Agentliyin direktoru əlavə edib ki, nəticələrlə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.