21 iyun tarixində Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı həyata keçirilib.
Təhsil İnstitutundan Viral.az-a verilən məlumata görə, qəbul imtahanı 10880 şagirdin iştirakı ilə Bakı şəhəri ilə bərabər, Ağdaş, Beyləqan, Biləsuvar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Qobustan, Quba, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində təşkil olunub.
Qeyd edək ki, imtahan nəticələri 10 gün ərzində elan olunacaq.
Son Yazılar:
- 5 il cavanlaşmaq istəyənlərə dəyərli MƏSLƏHƏT
- Buzlu suda çimmək faydalıdırmı? – ARAŞDIRMA
- B vitamininin faydaları və ÇATIŞMAZLIQLARI
Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.