Tovuzda zəncirvarı qəza olub – 1 nəfər ölüb

Tovuzda zəncirvari qəza olub.

 

Viral.az xəbər verir ki, hadisə Tovuz şəhərinin Musa Musayev küçəsində qeydə alınıb.

Son Yazılar:

 

İlkin məlumata görə, küçədə hərəkətdə olan minik maşınının sürücüsünün sükan arxasında səhhəti pisləşib. Bu zaman idarəetmənin itməsi nəticəsində maşın 4 avtomobilə çırpılıb. Həmin şəxs ürək tutmasından hadisə yerində ölüb. Ölən şəxsin rayonun Aşağı Öysüzlü kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.