
Birinci kurs tələbəsi faciəvi şəkildə vəfat ETDİ
Naxçıvanda tələbə dəm qazından zəhərlənərək ölüb. Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb. Naxçıvan Müəllimlər İnstitutunun 1-ci kurs magist tələbəsi, Laçın rayon sakini, 2003-cü il təvəllüdlü Verdiyev Toğrul Vidadi oğlu kirayə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Hazırda faktla bağlı araşdırma aparılır.