-->
ABŞ "Green Card" müraciətlərini DAYANDIRDI

ABŞ “Green Card” müraciətlərini DAYANDIRDI

ABŞ miqrantların daha hərtərəfli yoxlanılması çərçivəsində qaçqınlar da daxil olmaqla bəzi kateqoriyalar üçün yeni “Green Card” (Yaşıl kart) müraciətlərinə baxılmasını dayandırıb. Viral.az teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Xəbərdə deyilir ki, bu qərar ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri tərəfindən Prezident Donald Trampın göstərişi ilə verilib. Açıqlamada qeyd olunur…

Ətraflı
Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu. Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumət saatında bildirib. “Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib….

Ətraflı
Azarkeş matçdan sonra Nərimana belə etiraz etdi

Azarkeş matçdan sonra Nərimana belə etiraz etdi

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan millisi ötən gün yoxlama matçında Belarus yığmasına 0:2 hesabı ilə uduzub. Viral.az xəbər verir ki, millinin ardıcıl biabırçı nəticələr sərgiləməsi azarkeşlərin narazılığına səbəb olub. Belə ki, oyundan sonra yığmanın üzvü Nəriman Axundzadə stadiona gələn fanatlardan birinin etirazı ilə qarşılaşıb.  Həmin anın videosunu təqdim edirik:

Ətraflı
Britaniya müdafiə xərclərini təxminən 3 milyard dollar ARTIRIR

Britaniya müdafiə xərclərini təxminən 3 milyard dollar ARTIRIR

Böyük Britaniya hökuməti yeni maliyyə ilində hərbi xərcləri ÜDM-in 2,36%-nə qədər artıracaq. Viral.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb. Məlumata görə, martın 26-da ölkənin maliyyə naziri Reyçel Rivs Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı hərbi büdcənin 2,2 milyard funt sterlinq (2,9 milyard dollar) artırılmasını açıqlayacaq.  

Ətraflı
Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya GƏTİRİLDİ

Tovuzda günlərlə evdə ac qalan uşaq Bakıya GƏTİRİLDİ

“Tovuzda ananın imtina etdiyi körpə Bakıda uşaq xəstəxanasına yerləşdirilib”. Viral.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib. Xatırladaq ki, martın 21-də Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində yerləşən mənzillərin birində valideyni tərəfindən nəzarətsiz buraxılan azyaşlının qalması barədə məlumat daxil olub. Dərhal…

Ətraflı
Argentina Braziliyanı darmadağın etdi - VİDEO

Argentina Braziliyanı darmadağın etdi – VİDEO

Argentina və Braziliya milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər. Viral.az xəbər verir ki, Cənubi Amerika zonası üzrə seçmə mərhələnin 14-cü turunda sözügedən komandalar Buenos-Ayresdəki “Mas Monumental” stadionunda üz-üzə gəliblər. Görüşdə Argentina 4:1 hesablı qələbə qazanıb. Nəticədə Argentina xallarının sayını 31-ə çatdırıb və mundialın əsas mərhələsinə vəsiqəni təmin edib. Braziliya isə 21 xalla 3-cüdür. Qarşılaşmanın…

Ətraflı
Bu gün sonuncu Qədr GECƏSİDİR

Bu gün sonuncu Qədr GECƏSİDİR

Bu gün Azərbaycanda Ramazan ayında sonuncu Qədr (əhya) gecəsidir. Viral.az xəbər verir ki, dördüncü Qədr gecəsi martın 26-dan 27-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Xatırladaq ki, martın 30-u Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Ətraflı
Şimali Koreya yenidən nüvə sınağı keçirə bilər

Şimali Koreya yenidən nüvə sınağı keçirə bilər

Koreya Xalq Demokratik Respublikası qısa müddət ərzində yenidən nüvə sınağı keçirə bilər. Viral.az xəbər verir ki, bu fikirləri ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib. O, Senatın Kəşfiyyat Komitəsinin dinləmələrində vurğulayıb: “Şimali Koreya çox güman ki, qısa müddətdə növbəti nüvə sınağı keçirməyə hazırdır və gələcək danışıqlarda artan təsir imkanlarını nümayiş etdirmək üçün qitələrarası ballistik raketləri…

Ətraflı
İmamoğlu dünənki mitinqlərdə səslənən bəzi şüarları PİSLƏDİ

İmamoğlu dünənki mitinqlərdə səslənən bəzi şüarları PİSLƏDİ

Hazırda həbsdə olan İstanbul Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ona dəstək məqsədilə dünən keçirilən mitinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın anasının təhqir olunmasını pisləyib. Viral.az xəbər verir ki, bu barədə onun “X” səhifəsində paylaşım edilib. Ə.imamoğlu həbsdən göndərdiyi mesajda Ərdoğanın anasını təhqir edənlərin əməllərini pisləyib və mərhum Tənzilə Ərdoğana rəhmət diləyib. O, öz ailəsi və…

Ətraflı
Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı qərar VERDİ

Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı qərar VERDİ

Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib. Viral.az xəbər verir ki, bu barədə “RIA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb. Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib. İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti…

Ətraflı
Oruc tutanda bədəninizdə nə baş verir?

Oruc tutanda bədəninizdə nə baş verir?

Bu il oruc tutanlar təxminən 14 saata yaxın ac qalırlar. Ramazan ayında tutulan oruc ruha mənəvi fayda verməklə yanaşı, bədənin dincəlməsinə və yenilənməsinə də töhfə verir. Viral.az xəbər verir ki, ingilis mediası “Oruc tutanda bədəninizdə nə baş verir?” başlıqlı yazı dərc edib. İnsan orqanizmi son yeməkdən 8 saat sonra oruc tutduğunu anlaya bilir. Yəni, bağırsaqlar…

Ətraflı
Şamaxıda 34 yaşlı şəxs güllələnərək öldürüldü

Şamaxıda 34 yaşlı şəxs güllələnərək öldürüldü

Şamaxıda güllələnmə hadisəsi baş verib. Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 21 radələrində qeydə alınıb. 34 yaşlı Orxan Hacıyev ov tüfəngindən güllələnərək öldürülüb. İlkin məlumata əsasən, təqsirləndirilən şəxs qismində polis əməkdaşları 27 yaşlı A.Surxayevi saxlayıb, ondan cinayətdə istifadə olunan tüfəng götürülüb. Fakla bağlı araşdırma aparılır.

Ətraflı
Ağ Ev ABŞ-nin husilərə qarşı hücum planlarını səhvən jurnalistə göndərdiyini təsdiqləyib

Ağ Ev ABŞ-nin husilərə qarşı hücum planlarını səhvən jurnalistə göndərdiyini təsdiqləyib

Ağ Ev amerikalı jurnalistin təsadüfən Yəmən hücumları ilə bağlı gizli söhbət qrupuna daxil olduğunu təsdiqləyib. Viral.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Haqes bildirib. Qeyd edilib ki, jurnalistin nömrəsinin necə əlavə edildiyini müəyyən etmək üçün araşdırma başlanılıb. ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts husilərə planlaşdırılan zərbələr də daxil olmaqla, məxfi…

Ətraflı
Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Millimizin oyunlarının təqvimi AÇIQLANDI

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Viral.az xəbər verir ki, yığmamız ilk oyunu səfərdə İslandiyaya qarşı keçirəcək. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv son turda evdə Fransa ilə qarşılaşacaq. 5 sentyabr 22:45. İslandiya – Azərbaycan 22:45. Ukrayna – Fransa 9 sentyabr 20:00. Azərbaycan – Ukrayna 22:45. Fransa – İslandiya 10 oktyabr 22:45….

Ətraflı
Eritreyada girov saxlanılan vətəndaşlarımız ölkəyə GƏTİRİLDİ

Eritreyada girov saxlanılan vətəndaşlarımız ölkəyə GƏTİRİLDİ

Eritreyada girov saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə geri gətirilib. Viral.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb. “Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun…

Ətraflı
Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə MÜRACİƏT

Türkiyədəki aksiyalarla bağlı azərbaycanlı tələbələrə MÜRACİƏT

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə Əkrəm İmamoğlunun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib.  Viral.az xəbər verir ki, bu barədə Müşavirliyin sosial şəbəkə hesabında paylaşım olunub.  “Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”,  –…

Ətraflı
"ADY Ekspress"in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə GƏTİRİLDİ

“ADY Ekspress”in keçmiş direktoru yenidən şirkətin rəhbərliyinə GƏTİRİLDİ

“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib. Viral.az “Report”a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub. O, bundan əvvəl də – 2022-ci ilin noyabr ayına qədər “ADY Ekspress”ə rəhbərlik edib. Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır….

Ətraflı
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı

Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı

Bakı-Quba yolunda avtomobilinə maddi ziyan dəymiş tanınmış radio aparıcısı Elgün Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) məhkəməyə verib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.  Viral.az aparıcının yaydığı məlumatı olduğu kimi təqdim edir: “Təxminən 1 il əvvəl Xaçmaza gedərkən Şabran rayonu ərazisində avtomobilimin təkəri çuxura düşərək partladı. İlk işim 102 qaynar xəttinə qəza…

Ətraflı
Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ətraflı