-->
ABŞ "Green Card" müraciətlərini DAYANDIRDI

ABŞ “Green Card” müraciətlərini DAYANDIRDI

ABŞ miqrantların daha hərtərəfli yoxlanılması çərçivəsində qaçqınlar da daxil olmaqla bəzi kateqoriyalar üçün yeni “Green Card” (Yaşıl kart) müraciətlərinə baxılmasını dayandırıb. Viral.az teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Xəbərdə deyilir ki, bu qərar ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri tərəfindən Prezident Donald Trampın göstərişi ilə verilib. Açıqlamada qeyd olunur…

Ətraflı
"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin EDİLDİ

“Sumqayıt Nəqliyyat”a yeni direktor təyin EDİLDİ

Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” MMC-yə yeni direktor təyin edilib. Viral.az “Report”a istinadla xəbər verir ki, bu, Rövşən Vəliyevdir. O, şirkətin rəhbərliyində Hüseyn Rəhimovu əvəz edib. Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 manatdır.

Ətraflı
İranda zəlzələ baş VERDİ

İranda zəlzələ baş VERDİ

İranda dörd bal gücündə zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Qeyd olunur ki, zəlzələ İsfahan əyalətinin Nətənz şəhərində baş verib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Ətraflı
Azərbaycanlı kişiyə ərə getdi, nikahın saxta olduğu üzə ÇIXDI

Azərbaycanlı kişiyə ərə getdi, nikahın saxta olduğu üzə ÇIXDI

Salehard şəhər (Yamal-Nenets Muxtar Dairəsi) sakini iş tapmaq üçün azərbaycanlıya ərə gedib, lakin məhkəmə onların nikahını etibarsız hesab edib.  Viral.az xarici mediaya istinadla bildirir ki, bu barədə şəhər prokurorluğundan məlumat verilib. “Müəyyən edilib ki, 2024-cü ilin əvvəlində Azərbaycan vətəndaşı Salehard rayon sakininə işlə təmin olunmaq məqsədilə ona qondarma nikah bağlamaq təklifi edib. Qadın bu təkliflə…

Ətraflı
Dünyada yeganə olan avtomobil hərraca ÇIXARILACAQ

Dünyada yeganə olan avtomobil hərraca ÇIXARILACAQ

Əntiq əşyalar üzrə ixtisaslaşmış “Dore&Rees” hərrac evi bu həftəsonu unikal avtomobili satışa çıxaracaq. Viral.az auto.ru-ya istinadən xəbər verir ki, bu, “Bertone” atelyesinin köməyi ilə “shooting brake” kuzovu ilə təchiz edilmiş yeganə “Aston Martin Rapide” nüsxəsidir. 2013-cü ildə istehsal edilən bu eksklüziv beşqapılı avtomobilin yürüşü hazırda 38 min kilometri keçib. Gözlənilən qiymət açıqlanmayıb. Layihə “Jet 2+2”…

Ətraflı
Fidanla Rubio Bakı və İrəvan arasında sülhü müzakirə ETDİ

Fidanla Rubio Bakı və İrəvan arasında sülhü müzakirə ETDİ

ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu ölkənin Dövlət katibi Marko Rubio arasında görüş keçirilib. Viral.az bu barədə “Haber Global”a istinadla xəbər verir. Telekanalın əldə etdiyi məlumata görə, nazirlər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər. Digər tərəfdən Qəzzada daimi atəşkəsin yaradılmasının…

Ətraflı
Şolts hökuməti rəsmi olaraq istefa VERDİ

Şolts hökuməti rəsmi olaraq istefa VERDİ

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer kansler Olaf Şolts və nazirlərə vəzifələrindən azad olunmaları barədə məktubları təqdim edib, onlara fəaliyyətlərinə görə təşəkkür edib.  Viral.az xəbər verir ki, tədbir Berlindəki “Bellevue” prezident sarayında baş tutub. Bununla belə, kansler və Almaniya hökumətinin üzvləri Ştaynmayerin tələbi ilə yeni kabinet formalaşana qədər öz vəzifələrini davam etdirəcəklər. Ştaynmayer çıxışında pandemiyanı, Ukraynadakı münaqişəni,…

Ətraflı
İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək

İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıya gələcək

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq aprelin 10-da Bakıya gələcək. Viral.az xəbər verir ki, Bu barədə İranın ölkəmizdəki Səfirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.

Ətraflı
Azərbaycanlı keçmiş vəkilin işi üzrə istintaq başa ÇATDI

Azərbaycanlı keçmiş vəkilin işi üzrə istintaq başa ÇATDI

Rusiyada dələduzluq və dələduzluğa cəhddə ittiham olunan azərbaycanlı keçmiş vəkil Elman Paşayevin işi üzrə istintaq başa çatıb. Viral.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. “Rusiyanın hərbi istintaq orqanları keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi üzrə istintaqı başa çatdırıb. O, Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayətlərin (xüsusilə…

Ətraflı
Millimiz bu gün yoldaşlıq görüşündə Belarusla üz-üzə GƏLƏCƏK

Millimiz bu gün yoldaşlıq görüşündə Belarusla üz-üzə GƏLƏCƏK

Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusla üz-üzə gələcək. Viral.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq görüşün start fiti saat 21:45-də səsləndiriləcək. Qarşılaşmanın baş hakimi gürcüstanlı Aleko Aptsiauri olacaq. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Yoldaşlıq matçı 25 mart 21:45. Azərbaycan – Belarus Hakimlər: Aleko Aptsiauri, Davit Axvlediani, Davit…

Ətraflı
Ermənistan hökumətinə fransalı məsləhətçilər təyin EDİLDİLƏR

Ermənistan hökumətinə fransalı məsləhətçilər təyin EDİLDİLƏR

Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin ediliblər. Viral.az “Sputnik Ermənistan” istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Avropaya inteqrasiya üzrə parlament komissiyasının iclasında deyib. O qeyd edib ki, Avropa İttifaqından yüksəkrütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa…

Ətraflı
Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında layihə parlamentin gündəliyinə daxil EDİLDİ

Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması haqqında layihə parlamentin gündəliyinə daxil EDİLDİ

Ermənistan parlamentinin Avropa inteqrasiyası məsələləri üzrə komissiyası respublikanın Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Viral.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb. Avropaya inteqrasiya haqqında qanun layihəsinin Ermənistan parlamentinin iclasının gündəliyinə daxil edilməsi haqqında qərar səs çoxluğu ilə qəbul olunub. “Komissiya layihəni sabah başlayacaq parlament iclaslarının gündəliyinə göndərəcək”,…

Ətraflı
Qaxda qadın iynədən şoka düşərək ÖLDÜ

Qaxda qadın iynədən şoka düşərək ÖLDÜ

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb. Viral.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Belə ki, 1963-cü il təvəllüdlü Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı
Bakıda yağış, bəzi rayonlarda qar yağır

Bakıda yağış, bəzi rayonlarda qar yağır

Martın 23-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir. Viral.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan, Yevlax, Lerik və Yardımlıda yağış yağır. Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, Şəki və Şahbuzda isə arabir qar…

Ətraflı
ABŞ Ukraynaya silah tədarükünü davam ETDİRİR

ABŞ Ukraynaya silah tədarükünü davam ETDİRİR

ABŞ rəhbərliyinin nümayəndələri hələ ki, Ukraynaya silah tədarükünün məhdudlaşdırılmasına razılıq verməyiblər. Viral.az “Bloomberg”ə istinadən xəbər verir ki, Kiyevə silah tədarükünün azaldılması Rusiya tərəfinin atəşkəs üçün şərtlərindən biri idi. Lakin Ağ Ev hələlik bu məsələ ilə bağlı qərar verməyib. “Ağ Ev əvvəllər Ukraynaya yardımını dayandırmışdı. Lakin hazırda ABŞ heç bir məhdudiyyətlə razılaşmayıb”, – agentlik yazır. Xatırladaq ki, ABŞ…

Ətraflı
Jorge Ximenez ədəbsiz jest göstərən azarkeşə təpik vurdu

Jorge Ximenez ədəbsiz jest göstərən azarkeşə təpik vurdu

Braziliyanın “Şapekoense”- “Avai” klubları arasında keçirilən matçda xoşagəlməz hal yaşanıb. Viral.az xəbər verir ki, “Şapekoense”nin futbolçusu Jorge Ximenez “Avai” azarkeşinə hücum edib. Belə ki, əyalət çempionluğunu qeyd etmək üçün meydançaya çıxan “Avai” azarkeşi fanatlara ədəbsiz jest göstərib. Daha sonra isə Jorge Ximenez arxadan ona təpiklə zərbə endirib.

Ətraflı
Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Narkotikin təsiri altında olan sürücü saxlanıldı

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan “Peugeot” markalı avtomobilin sürücüsü Azər Adıgözəlov Baş Dövlət Yol Polisi İdarəsinin 5-ci taqımının əməkdaşları tərəfindən stasionar posta saxlanılıb. DİN-dən Viral.az-a verilən məlumata görə, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt  təsdiqini tapıb. Bununla yanaşı, avtomobilində narkotik vasitə…

Ətraflı
Əkrəm İmamoğlu həbs EDİLDİ

Əkrəm İmamoğlu həbs EDİLDİ

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilib. Viral.az yerli mediaya istinadla xəbər verir ki, onun, qərara əsasən cəza evinə göndərilməsi nəzərdə tutulub. Qeyd edək ki, Ə. İmamoğlu haqqında “terror” istintaqı üzrə qərarın da verilməsi gözlənilir.

Ətraflı