
İranda zəlzələ baş VERDİ
İranda dörd bal gücündə zəlzələ olub. Viral.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Qeyd olunur ki, zəlzələ İsfahan əyalətinin Nətənz şəhərində baş verib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb. Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.