-->
Bakıda yaşayış binasında yanğın OLDU

Bakıda yaşayış binasında yanğın OLDU

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın olub. Bu barədə Viral.az-a FHN-dən bildirilib. Hadisə zamanı ümumi sahəsi 35 m² olan bir otaqlı mənzildə 1 ədəd televizor və televizor altlığı yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ətraflı
Moskva-İrəvan reysini həyata keçirən təyyarə məcburi eniş ETDİ

Moskva-İrəvan reysini həyata keçirən təyyarə məcburi eniş ETDİ

Moskva-İrəvan reysini həyata keçirən təyyarə Mahaçqalada məcburi eniş edib. Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Mahaçqalada məcburi eniş edən “Aeroflot” təyyarəsi artıq İrəvana uçur. Rusiya mətbuatının məlumatına görə, təyyarənin yanacağı bitib və ekipaj Dağıstanın paytaxtına təcili eniş etmək qərarına gəlib. Aviaşirkət hələlik heç bir…

Ətraflı
Uzunömürlülük üçün daha önəmli olan nədir: Genlər, yoxsa həyat tərzi?

Uzunömürlülük üçün daha önəmli olan nədir: Genlər, yoxsa həyat tərzi?

İnsanın ömrünün uzunluğu 80 və ya 90 yaşa çatması çox vaxt onun həyat tərzindən asılıdır. Ancaq insan 100 yaş və daha çox yaşadıqda genetik faktorlar daha böyük rol oynamağa başlayır. Viral.az xəbər verir ki, Boston Universitetinin tibb professoru doktor Tomas Perlz “The New York Times” nəşrinə bildirib ki, insanın həyat müddəti təxminən 25% genlərdən, 75% isə ətraf…

Ətraflı
Ərdoğan növbəti dəfə prezidentliyə namizəd ola BİLƏR

Ərdoğan növbəti dəfə prezidentliyə namizəd ola BİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Viral.az xəbər verir ki, yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib. Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib. “Əgər sən varsansa, varam”, – deyə…

Ətraflı
“Zirə” məşqçisi ilə yolları AYIRDI

“Zirə” məşqçisi ilə yolları AYIRDI

“Zirə” məşqçi Borçe Xristovla yollarını ayırıb.  Viral.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan Bakı təmsilçisi çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Mütəxəssis bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli…

Ətraflı
Terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var

Terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şərait var

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şəraitin olduğunu açıqlayıb. Viral.az xəbər verir ki, o, bu barədə Diyarbəkir şəhərində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: “Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə…

Ətraflı
Toyda atışma: ÖLƏN VƏ YARALANANLAR VAR

Toyda atışma: ÖLƏN VƏ YARALANANLAR VAR

İranın Kermanşah əyalətinin Sərfiruzabad rayonunda toyda atışma nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb. Viral.az “Mashrek”ə istinadən xəbər verir ki, bu barədə Kermanşah Şəhər Polis İdarəsinin rəisi Məhəmməd Rza Yari bildirib. Onun sözlərinə görə, atəşlər nəticəsində iki kişi, bir qadın ölüb, dörd nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin şəraiti və səbəbi araşdırılır.

Ətraflı
Hacıqabulda əməliyyat: saxlanılan var

Hacıqabulda əməliyyat: saxlanılan var

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından satış məqsədilə narkotik vasitələr əldə edən Rəşadət Əzizov saxlanılıb. Viral.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, adıçəkilən şəxsdən ümumilikdə 4 kiloqram metamfetamin, heroin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Faktla bağlı…

Ətraflı
Məşhur general həbsdə QALDI

Məşhur general həbsdə QALDI

10 il 6 aylıq həbsə məhkum edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyevin azadlığa çıxmaq məqsədilə məhkəməyə müxtəlif əsaslarla etdiyi müraciətlər davam edir. Viral.az “qafqazinfo”ya istinadən xəbər verir ki, məhkum generalın sonuncu müraciəti ilə bağlı ötən gün qərar açıqlanıb. General Quliyev ərizəsində yazırdı ki, o, həbsdə ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən vaxtından əvvəl…

Ətraflı
Britaniyanın Baş naziri sülhməramlıların yerləşdirilməsinin müzakirəsi üçün Ukraynaya gedəcək

Britaniyanın Baş naziri sülhməramlıların yerləşdirilməsinin müzakirəsi üçün Ukraynaya gedəcək

Böyük Britaniyanın Baş naziri Kir Starmer yaxın vaxtlarda Ukraynaya səfər edəcək. Viral.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, səfərin məqsədi müharibə başa çatandan sonra sülhməramlıların yerləşdirilməsi məsələsini müzakirə etməkdir. Səfərin tarixi açıqlanmır.

Ətraflı
Mirzoyan Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə ETDİ

Mirzoyan Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə ETDİ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. Viral.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Mirzoyan Aİ rəsmisi ilə Ermənistan-Azərbaycan normallaşmasını müzakirə edib. Görüşdə digər məsələlərlə yanaşı, Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də müzakirə olunub.

Ətraflı
Bakıda bu tarixədək iki metrostansiyasının tikintisi başa ÇATACAQ

Bakıda bu tarixədək iki metrostansiyasının tikintisi başa ÇATACAQ

“Metronun 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqrama əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır”. Viral.az xəbər verir ki, bunu “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib. O bildirib ki, bu, sərnişin axınını 88 milyon nəfərədək artıracaq. “Proqrama daha…

Ətraflı
Tramvaylar Bakıya qayıdır - Əsas küçələr bəlli OLDU

Tramvaylar Bakıya qayıdır – Əsas küçələr bəlli OLDU

Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib. Viral.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov brifinqdə bildirib. O qeyd edib ki, tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. “Təhlillər aparmışıq və paytaxtda tamvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün…

Ətraflı
Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər

Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər

Ukraynadakı müharibə bu il aprelin sonunadək başa çata bilər. Viral.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi “Radio 4″ə müsahibəsində deyib. Onun fikrincə, sülh ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın hakimiyyətinin ilk vaxtlarında əldə edilə bilər. Nazir həmçinin Rusiyanın danışıqlara hazır olmadığını diqqətə çatdırıb. Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın…

Ətraflı
Azərbaycanda terror aktı hazırlığında ittiham edilən şəxs məhkəmədə peşman olduğunu bildirdi

Azərbaycanda terror aktı hazırlığında ittiham edilən şəxs məhkəmədə peşman olduğunu bildirdi

Azərbaycanda terror aktı hazırlığında ittiham olunan Elşən Nəcəfovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. Viral.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın keçirilən prosesdə Elşən Nəcəfovun istintaqa verdiyi ifadələr elan olub. O, ifadəsində dini ideyalarla yaşadığını, bəzi ölkələrə ürəkdən nifrət etdiyini deyib. Daha sonra Elşən Nəcəfov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun…

Ətraflı
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanıldı

Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanıldı

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb. Viral.az xəbər verir ki, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb. Qeyd edilən məkana baxış zamanı müxtəlif növ…

Ətraflı
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm OXUNDU

Dövlətə xəyanətdə ittiham olunan Hicran Əfqan oğlu Həsənov, Elməddin Natiq oğlu Ağayev, Şəmsi Ağabəy oğlu Qasımov, Nadim Nadir oğlu Mehdiyev, Ağasif Asif oğlu Ağayev və Dağıstan Yusif oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Viral.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Hicran…

Ətraflı