-->

Bakıda binada güclü yanğın başladı

Bakı şəhər Yasamal rayonunda çoxmərtəbəli binada yanğın başlayıb. Viral.az “Qafqazinfo”-ya xəbər verir ki, binanın orta mərtəbəsində yerləşən mənzillərin birində alovla müşahidə edilən yanğın hazırda davam edir. Əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib. *** FHN-dən bildirilib ki, nazirliyin 112 “qaynar xətt”inə Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Əraziyə Dövlət…

Ətraflı
photo 264944

Təyyarədə olan hər üç Qırğızıstan vətəndaşı sağ QALIB

Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb. Viral.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Xarici İşlər Nazirliyi bildirib. Xatırladaq ki, bu gün Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, qəza zamanı 32 nəfər sağ qalıb.  AZAL təyyarənin göyərtəsində 62 sərnişinin…

Ətraflı
photo 264933

Ərdoğan Əliyevə zəng ETDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Ətraflı
photo 264928

Putin təyyarə qəzasından DANIŞDI

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Viral.az xəbər verir ki, o bunu Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinin əvvəlində bildirib. “MDB dövlət başçıları adından həlak olanların ailələrinə və bütün yaralılara başsağlığı vermək istəyirəm”, – Rusiya Prezidenti bildirib. O qeyd edib ki,…

Ətraflı
photo 264877

Fransa kəşfiyyatından Azərbaycanla bağlı ETİRAF

Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib. Viral.az “Report”a istinadən xəbər verir ki, o, “Le Monde” qəzetinə müsahibəsində etiraf edib ki, dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir: “Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi…

Ətraflı
photo 264874

Sosial yardım nə qədər artacaq?

“Azərbaycan Prezidenti 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir”. Viral.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib. Deputat…

Ətraflı
photo 264855

Onlar da Cəbrayıla qayıdır – FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Viral.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Cəbrayıl şəhərinə 49 ailə –…

Ətraflı
photo 264846

Türkiyədə 3.9 bal gücündə zəlzələ baş VERDİ

Türkiyənin Muğla şəhərini  Menteşe rayonunda 3.9 bal gücündə zəlzələ qeydə alınıb. Viral.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ yerli vaxtla saat 19:00-da, yerin təxminən 9 kilometr dərinliyində baş verib. Zəlzələ ilə bağlı hər hansı mənfi halın qeydə alınmadığı bildirilib.

Ətraflı
photo 264845

İsveçrəli idmançı qar uçqununda həlak OLDU

İsveçrəli snoubordçu Sofi Hediqer qar uçqununda həlak olub. Viral.az-ın xəbərinə görə, bu barədə İsveçrə Xizək Federasiyası məlumat yayıb. Faciəvi hadisə ötən gün İsveçrənin Aroza şəhərində baş verib. Qeyd edək ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasında iştirak edib və 2023-cü il Qış Universiadasında snoubord kross növündə qızıl medal qazanıb.

Ətraflı
photo 264825

Cəlilabadda doğuşdan sonra əkiz körpələr ÖLDÜ

Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat edib. Viral.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, 22 dekabr tarixində saat 23:00 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub. Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb. Saat 00:00 radələrində çəkisi 700 qram olan…

Ətraflı
photo 264826

Prezidentdən dövlət və özəl uşaq müəssisələri ilə bağlı FƏRMAN

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər müəyyənləşdiriləcək. Viral.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Uşaq hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi barədə Fərmanında əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 2 ay müddətində dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməlidir.

Ətraflı
photo 264793

Prezident idmançıları mükafatlandırdı – FOTO

Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.  Viral.az xəbər verir ki, ölkə başçısı Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb. Mükafatlandırılma mərasimindən fotoları təqdim edirik: …

Ətraflı
photo 264788

Əxlaqsızlığı təbliğ edən şou Azər İsmayılovun evində KEÇİRİLİRMİŞ

Azər İsmayılov əyləncə yarışlarını Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzilində təşkil edirmiş. Viral.az xəbər verir ki, bu barədə “musavat.com” yazıb. Bildirilib ki, daha əvvəl də “Təkərdə şou” adı altında bu cür yarışmalar təşkil edən Azər İsmayılovla bina sakinləri arasında bir neçə dəfə mübahisələr yaranıb. Onun bu cür hərəkətlərindən çoxsaylı şikayətlər olub….

Ətraflı
photo 264779

Kürdə bir nəfər BATDI

Kür çayının Zərdab rayonu, Əlvənd kəndindən keçən hissəsində 1 nəfər batıb. Viral.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Ətraflı
photo 264758

Türkiyədə fabrikdə partlayış – 13 ölü, 3 yaralı – FOTO

Türkiyənin Balıkesir şəhərində partlayıcı maddələrin istehsal edildiyi fabrikdə partlayış baş verib. Viral.az xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Həmçinin binada çökmə baş verib. Partlayışın səbəbi isə hələlik məlum deyil. *** Türkiyənin Balıkesir şəhərində partlayıcı maddələrin istehsal edildiyi fabrikdə partlayış zamanı ölənlərin…

Ətraflı
photo 264729

La Liqada futbolçular arasında ayın ən yaxşı oyunçusu SEÇİLDİ

İspaniyanın “Real” (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülər La Liqada 23 yaşadək futbolçular arasında ayın ən yaxşı oyunçusu seçilib. Viral.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu noyabr ayında meydana çıxdığı matçlarda 3 qol və 1 assistə imza atmaqla bu ada layiq görülüb.

Ətraflı
photo 264717

Azərbaycan XİN ABŞ səfirliyinə cavab VERDİ

ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavabında deyilir. O bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən…

Ətraflı
photo 264708

Prezidentin son sərəncamı 3 milyon insanı əhatə edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncam dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir. Viral.az xəbər verir ki, Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq…

Ətraflı
photo 264697

Vəzifəli şəxs hamamda yıxılıb ÖLDÜ

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib. Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xətai MKTB-nin 2 saylı mənzil-kommunal istismar sahəsinin rəisi 1962-ci il təvəllüdlü Ramiz Əliyev yaşadığı evdə dünyasını dəyişib. Belə ki, o, dekabrın 20-si saat 22 radələrində Xətai rayonu Sarayevo küçəsindəki evinin hamam otağında olarkən yıxılıb. R.Əliyevin vəfat etdiyi məlum olub. Bildirilir ki, “JEK”…

Ətraflı