-->
photo 264312

Ukraynanın güclənməsi müharibənin sonunu yaxınlaşdırır

Ukraynanın güclənməsi və cəbhədə hərbçilərə dəstək verilməsi müharibənin sonunu və bütün Avropa üçün ədalətli sülhü yaxınlaşdırır. Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Çexiyanın Baş naziri Petr Fiala ilə görüşü ilə bağlı “X”də yazıb. Qeyd olunub ki, görüşdə Ukraynaya davamlı dəstək əsas müzakirə mövzusu olub. V.Zelenski bildirib ki, Ukrayna gələn ilin…

Ətraflı
photo 264308

Nərimanov rayonunda mağaza YANDI

Bakının Nərimanov rayonunda mağaza yanıb. Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi…

Ətraflı
photo 264264

Nərmini o həkim əməliyyat etməyibmiş

Bakıda daha bir gənc qızın plastik əməliyyatdan sonra öldüyü haqda məlumat vermişdik. Viral.az oxu24.com-a istinadla xəbər verir ki, hadisə Mərcan klinikasında baş verib. Belə ki, 23 yaşlı  İsgəndərova Nərmin Bəylər qızı 20.11.2024-cü il tarixdə  qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib. Əməliyyatı edən həkim isə plastik cərrah Oruc Məmmədov olub. Nərmin İsgəndorova dünən gecə saatlarında restoranların…

Ətraflı
photo 264260

Azərbaycanın D-8-ə üzv olması ilə daha da gücləndik

Azərbaycanın D-8-ə üzv olması ilə daha da gücləndik. Viral.az xəbər verir ki, bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib. “Qardaş Azərbaycana təşkilatımıza xoş gəldin deyirik. Azərbaycanın D-8-ə üzvlüyü təkcə təşkilatı böyütməyəcək, həmçinin gücləndirəcək”, – Ərdoğan bildirib. O, Azərbaycana yeni qoşulduğu təşkilatda uğurlar diləyib.

Ətraflı
photo 264257

Əməkdar memar vəfat ETDİ

Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib. Viral.az musavat.com-a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq. Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq. Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil…

Ətraflı
photo 264225

​​​​​​​Səfərbərlik Xidməti Biləsuvarda gənclər üçün tədbir keçirdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Biləsuvardakı Gənclər Evində gənclər üçün tədbir keçirilib. Bu barədə Viral.az-a SHXÇDX-dən məlumat verilib. “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilən görüşdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,…

Ətraflı
photo 264189

Azərbaycan Basketbol Liqasında VII tura yekun VURULDU

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub. Viral.az-ın məlumatına görə, turun son oyunu A qrupunda – “Abşeron” və “Sərhədçi” komandaları arasında baş tutub. Görüş birincilərin 71:68 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, turun əvvəlki matçlarında “Neftçi” “Sabah”ı 71:66, “Sumqayıt” “Lənkəran”ı 108:99, “Naxçıvan” isə NTD-ni 95:77, “Gəncə” “Quba”nı 95:78, “Şəki” isə” “Ordu”nu 80:74 hesabı ilə…

Ətraflı
photo 264156

Prezident bu komissiyanı ləğv ETDİ

Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə yaradılan Dövlət…

Ətraflı
photo 264090

Türkiyə onları məğlub edən yeganə ölkədir

“Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”. Viral.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  “Türkiyə İŞİD və PKK-nı məğlub edən yeganə ölkə və NATO müttəfiqidir. Biz bu təşkilatların dirçəlməsinə qətiyyən imkan verməyəcəyik ”, – Türkiyə lideri bildirib. Suriyadakı hadisələrdən danışan Ərdoğan deyib: “Suriya qonşularının, dost və qardaş ölkələrin,…

Ətraflı
photo 264086

Ermənistan və Fransa müdafiə nazirləri ikitərəfli razılaşmalar barədə DANIŞDILAR

Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşüb. Viral.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Papikyan əvvəlki razılaşmaların həyata keçirilməsinin və yenilərinin əldə edilməsinin əhəmiyyətini vurğulayıb. S.Lekornu isə Fransanın ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqliyini bildirib. Hər iki tərəf əməkdaşlığın uzunmüddətli institusional əsasda qurulduğunu…

Ətraflı
photo 264025

Gəncədə sursat partladı – Şəhid atası vəfat etdi

Gəncədə partlayış baş verib.  Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsi adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, sursatın partlaması nəticəsində 1974-cü il təvəllüdlü Asif Tağıyev həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanları və ANAMA əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. *** Həlak olan Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atasıdır.

Ətraflı
photo 264010

Azərbaycanlı müğənni qızına toy etdi – FOTO

Müğənni Fuad Musayevin qızı Emiliyanın toyu olub. Viral.az xəbər verir ki, paytaxt restoranlarının birində keçirilən toyda şou-biznesin məşhur simaları iştirak edib. Məclisdə Xalq artisti Sərxan Sərxan, İlqar Muradov, Eyyub Yaqubov, Əməkdar artistlər Rühəngiz Allahverdiyeva, Xəyyam Nisanov, Ədalət Şükürov, müğənnilər Zamiq Hüseynov, Rəsul Əfəndiyev və digər ifaçıları çıxış ediblər. Gecədən görüntülər qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılıb….

Ətraflı
photo 263992

“Bəzən səbrimi saxlaya bilmirəm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun komandasının heyətinin yenilənməyə ehtiyacı olduğu ilə bağlı sualı cavablayıb. Viral.az xəbər verir ki, təcrübəli çalışdırıcı bəzi futbolçuların artıq yorulduğu ilə bağlı deyilənlərdən danışıb.  O, bu cür halların futbolda baş verdiyini bildirib: “Bu futbolda rast gəlinən təcrübədir. Uğurdan deyil, uzun illərin yorğunluğu olur. Hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana…

Ətraflı
photo 263987

Ölkəmiz müxtəlif dairələrin hədəfindədir – Əhməd İsmayılov

Ölkəmiz onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir. Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm mediamızın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısının alınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir. Viral.az xəbər verir ki, bu fikirləri “Media savadlılığı” konfransında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru…

Ətraflı
photo 263973

Ofeliya Sənaninin vəziyyəti AÇIQLANDI

Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. 83 yaşlı Xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib. Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə…

Ətraflı
photo 263957

İmmunitet və beyin üçün – 5 faydalı çay

Ufa alimləri qışda bədəni və immuniteti möhkəmləndirən bu çayları rasiona daxil etməyi tövsiyə edir. Viral.az medicina.az-a istinadən xəbər verir ki, Ufa Klinik Xəstəxanasının həkimləri müalicəfi çayların 5-liyini açıqlayıb. 1. Yaşıl çay – ürək-damar, təzyiq problemlərini azaldır, bədəni zərərli toksin və radikallardan təmizləyir, stresə davamlı edir. Antioksidant çaydır. 2. Çobanyastığı çayı – nənələrin və həkimlərin sevimli…

Ətraflı
photo 263948

ABŞ KXDR-ə yeni sanksiyalar tətbiq ETDİ

ABŞ hakimiyyəti Pxenyana dəstək verdiyinə görə Rusiya və KXDR-dən olan doqquz fiziki, yeddi hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Viral.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiyalar siyahısına KXDR-ə maliyyə və hərbi dəstək göstərən doqquz fiziki şəxs və yeddi təşkilatı əlavə edib. Bundan əlavə, KXDR-in…

Ətraflı