ABŞ KXDR-ə yeni sanksiyalar tətbiq ETDİ

ABŞ hakimiyyəti Pxenyana dəstək verdiyinə görə Rusiya və KXDR-dən olan doqquz fiziki, yeddi hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Viral.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi sanksiyalar siyahısına KXDR-ə maliyyə və hərbi dəstək göstərən doqquz fiziki şəxs və yeddi təşkilatı əlavə edib.

Son Yazılar:

Bundan əlavə, KXDR-in ballistik raket proqramı ilə əlaqəli olan üç fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq olunub.

Sanksiyalar siyahısında KXDR-in müdafiə naziri Ro Qvan Çol və Koreya Xalq Ordusu Baş Qərargah rəisinin müavini Kim Yonq Bokun da adı var.

Şimali Koreyanın iki bankı da sanksiyalara məruz qalıb.