Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında müəyyən irəliləyiş var

Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı müəyyən irəliləyiş var.

Viral.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezident Donald Tramp deyib.

O, savaşı dayandırmaq istədiyini və bunun üçün çalışdığını bildirib: “Müəyyən irəliləyiş var, lakin bu, çətin, xoşagəlməz vəziyyətdir. Hər iki tərəfdən öldürülən hərbçilərin sayı astronomik saydadır. Mən heç vaxt belə şey görməmişəm. Biz əlimizdən gələni edirik”.

Son Yazılar:

Tramp həmçinin vurğulayıb ki, o, Bayden administrasiyasının Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəyə icazə vermək qərarını səhv və axmaqlıq hesab edir.

Siyasətçi sözügedən məsələyə yenidən baxa biləcəyini istisna etmir.

Xatırladaq ki, Tramp əvvəllər müharibəni bitirə biləcəyini dəfələrlə iddia edib.