Bakının Nərimanov rayonunda mağaza yanıb.
Bu barədə Viral.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Son Yazılar:
- Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim ETDİ
- Misir Suriyada siyasi prosesi başa çatdırmaq səylərini dəstəkləyir
- Suriyanın suverenliyi, ərazi birliyi və bütövlüyü tam bərpa edilməlidir
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 30kv.m. olan musiqi alətlərinin satışı mağazasının anbarında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
“Yanğın nəticəsində mağazanın anbar hissəsində 6kv.m. sahədə musiqi alətləri, 6 p.m. elektrik kabeli və 3 ədəd elektrik açarı yanıb.
Anbarın böyük hissəsi və mağaza yanğından mühafizə olunub”, – məlumatda vurğulanıb.