-->
photo 264782

Ölkəsinə qayıdan suriyalıların sayı AÇIQLANDI

Son 15 gündə 25 mindən çox suriyalı Türkiyədən öz ölkələrinə geri qayıdıb. Viral.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb. Onun sözlərinə görə, ümumilikdə 2017-ci ildən etibarən 763 443 suriyalı könüllü şəkildə ölkələrinə qayıdıb. Xatırladaq ki, ölkələrində gedən vətəndaş müharibəsi zamanı Türkiyəyə sığınan suriyalılar 61 illik…

Ətraflı
photo 264765

İsrailin müdafiə naziri Haniyənin Tehranda öldürülməsini etiraf etdi

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsində Təl-Əvivin iştirakını rəsmən etiraf edib. Viral.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb. “Biz Yəməndə onlara (“Ənsar Allah” hərəkatını nəzərdə tutur – red.) ciddi zərər vuracağıq, strateji infrastrukturlarını sıradan çıxaracağıq və liderləri ilə Tehranda Haniyə ilə etdiyimiz kimi davranacağıq”, – deyə İsrailin…

Ətraflı
Son D%C9%99qiq%C9%99

Şavkat Mirziyoyev İlham Əliyevə zəng ETDİ

Dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Şavkat Mirziyoyev dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti…

Ətraflı
vefat

Azərbaycanda nazirlik əməkdaşının meyiti TAPILDI

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov intihar edib. Viral.az modern.az-a istinadla xəbər verir ki, o Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında həyatına son verib. Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş. Meyit müayinə üçün morqa aparılıb. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi…

Ətraflı
photo 264726

Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatı keçiriləcək

Sabah Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Viral.az xəbər verir ki, yarışda paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 2011-2013-cü il təvəllüdlü yeniyetmə, 2008-2010-cu il təvəllüdlü gənc, eləcə də 2007-ci il və ondan yuxarı…

Ətraflı
photo 264716

İordaniya Kralı İlham Əliyevi təbrik ETDİ

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Viral.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə cansağlığı və xoşbəxtlik diləyirəm”.

Ətraflı
photo 264713

Səhiyyə Nazirliyində əməliyyat keçirilir: SAXLANILANLAR VAR

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir. Viral.az Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var. Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır. Qeyd edilir ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının – nazir müavini İlqar Qasımov…

Ətraflı
photo 264709

Qətər Suriyada enerji sektorunun inkişafına sərmayə qoymağa hazırdır

Qətər rəhbərliyi Suriyanın enerji sektorunun, həmçinin liman infrastrukturu və hava limanlarının inkişafı üçün böyük vəsait ayırmağa hazırdır. Viral.az xəbər verir ki, bu barədə Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra Dəməşqdə Qətərin Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xuleyfi ilə danışıqların yekunu üzrə jurnalistlərə bildirib. “Qətər tərəfi müxtəlif sahələrə, xüsusilə enerji sektorunun inkişafına böyük həcmdə sərmayələr…

Ətraflı
photo 264701

Ayıq sürücü kimi məclisə aparılmışdı, qəzada öldü

Dekabrın 22-nə keçən gecə İsmayıllıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatları məlum olub. Viral.az Qafqazinfo”ya istinadla xəbər verir ki, qəzada həyatını itirən 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və həmyaşıdı 2000-ci il təvəllüdlü Şükürlü Şükür Araz oğlu Oğuzun Qumlaq kənd sakini olublar. Hadisə vaxtı onların həmkəndliləri olan 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman oğlu və 1998-ci…

Ətraflı
photo 264689

Kobaxidze İlham Əliyevi təbrik ETDİ

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Viral.az-ın məlumatına görə, məktubda deyilir: “Zati-aliləri. İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə möhkəm cansağlığı, əmin-amalıq və uğurlar arzulayıram. Azərbaycan Respublikasının inkişafında və rifahında Sizin xidmətiniz əvəzolunmazdır. Eyni zamanda, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın güclənməsində Sizin şəxsi töhfələrinizi minnətdarlıq…

Ətraflı
photo 264685

Nişanlısı ilə görüşə getmək istəyən idmançı xalası oğlu tərəfindən ÖLDÜRÜLDÜ

Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Viral.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, şikayət təmin olunub və təqsirləndirilən şəxsin cəzası 17 ildən 12 ilə endirilib. Qeyd edək ki,…

Ətraflı
photo 264683

Kürdəmirdə daha bir körpə ÖLDÜ

Kürdəmir rayonunda 1 yaşlı uşaq qəfil vəfat edib. Viral.az publika.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 21-i saat 2 radələrində Kürdəmir rayonu Şahsevən kəndində baş verib. 2023-cü il təvəllüdlü Əflatun Səxavət oğlu Kərimov yaşadığı evdə naməlum səbəbdən ölüb. Yaxınları körpənin səhhətində problem olmadığını bildiriblər. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, dekabrın 8-də Kürdəmirdə daha bir körpə ölümü qeydə…

Ətraflı
photo 264670

Tətildə rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ!

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Viral.az həmin müraciəti təqdim edir: “Hər il olduğu kimi bu il də bayram və tətil günləri ilə əlaqədar bölgələrə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm paytaxtın mərkəzi küçə və prospektlərində,…

Ətraflı
photo 264659

Azərbaycanın bu bölgəsində yeni İES tikiləcək

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Viral.az xəbər verir ki, Sərəncama əsasən, Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəni nəzərə almaqla stansiyanın tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı…

Ətraflı
photo 264641

“Bu işdə Zaurların, Xoşqədəmlərin, Elgizlərin rolu danılmazdır”

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova plastik-cərrah Sevinc Heydərova ilə bağlı iddia səsləndirib. Viral.az xəbər verir ki, jurnalist onun uzun müddətdir çalışdığı Respublika Diaqnostika Mərkəzindəki fəaliyyətinə son qoyulduğunu yazıb. TƏBİB sədrindən diplomsuz plastik cərrahlarla bağlı AÇIQLAMA “Əldə etdiyim yeni məlumatları sizinlə bölüşmək istəyirəm: Plastik-cərrah kimi tanınan, amma əslində ixtisasca nevroloq olan və cəmi 9 günlük kurs…

Ətraflı
photo 264638

Aliment borcu hansı hallarda silinə bilər?

Ali Məhkəmə aliment borcunun silinməsi barədə tələbə iddia icraatında baxılmasının mümkünlüyü barədə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Viral.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Məlumata görə, işin hallarına görə, iddiaçı 2022-ci ilin avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə aliment ödəmək öhdəliyindən azad olunması və həmin aylar üçün yaranmış…

Ətraflı
photo 264635

Məşhur aktyor içkili halda taksiyə oturmaq istədi, yıxıldı

Məşhur türkiyəli aktyor Nejat İşler həddindən artıq spirtli içki qəbul etdiyi üçün çətin anlar yaşayıb. Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məkanların birində əylənən aktyor ayaq üstə durmaqda çətinlik çəkib. O, məkanın çıxışında taksiyə doğru gedərkən qəfil yerə yıxılıb. Aktyor dostlarının köməyi ilə ayağa qalxa bilib. Qeyd edək ki, 52 yaşlı aktyor daha əvvəl…

Ətraflı
photo 264607

İnsultun yaxınlaşmasının xəbərçisi olan ƏLAMƏT

İnsultun yaxınlaşmasının xəbərçisi olan ilk həyəcan verici əlamət insultdan bir həftə əvvəl hiss edilə bilər. Həkimlər sizə xəbərdarlıq əlamətlərinə nə vaxt diqqət yetirməli olduğunuzu və qarşıdan gələn insultun xəbərdarlıq əlamətini necə tanıyacağınızı söyləyirlər. Viral.az-ın məlumatına görə, insult təcili tibbi yardım tələb edir, çünki hər dəqiqə orqanizmə zərər verməmək üçün vacibdir. Tədqiqatlar göstərir ki, ilk əlamətlər…

Ətraflı