Azərbaycanda nazirlik əməkdaşının meyiti TAPILDI

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov intihar edib.

Viral.az modern.az-a istinadla xəbər verir ki, o Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında həyatına son verib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş.

Son Yazılar:

Meyit müayinə üçün morqa aparılıb. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.

Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı.

Faktla bağlı araşdırma aparılır.